“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi hələlik ürəkaçan deyil və Rusiya prosesin durmaması üçün ardıcıl səylər göstərir”. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hələ irəliləməklə səciyyələnmir: "Rusiya bir qrup ölkələrlə birlikdə prosesin yerində durmaması üçün ardıcıl səylər göstərir və istəyir ki, heç olmasa yavaş, amma irəli hərəkət olsun. Tək çıxış budur ki, vasitəçilər həm Yerevan, həm də Bakı üçün əlverişli şərait yaratsınlar".
Modern.az