Azərbaycan gimnastı Oleq Stepko Dohada keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qollarda hərəkətlərdə qızıl medal qazanıb. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, finalda idmançımız 15.825 xal toplayıb. Digər Azərbaycan gimnastı Petro Paxnyuk isə 14.450 xalla yeddinci olub.
Oleq Stepko gimnastika atında hərəkətlərdə isə bürünc medal qazanıb.
Modern.az