Bakıda qəbiristanlıqda oğurluq hadisəsi baş verib. Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.
Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Xalidə Mirzəyeva qəsəbənin Nərimanov küçəsində yerləşən qəbiristanlıqdan oğurluq edildiyini bildirib.
Zərərçəkmiş deyib ki, onun qohumlarının qəbri üzərindən palma və 4 ədəd həmişəyaşıl ağacı oğurlanıb.
Modern.az