Bakının Səbail rayonunun Parlament prospektində yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Honda” markall avtomobil idarəetməni itirərək dairəyə çırpılıb.
Zərbənin gücündən avtomobil dairəni aşaraq digər iki avtomobilə çırpılıb.
Məlum olub ki, “Honda” markallı avtomobilinin sürücü Daşqın adlı şəxs sərxoşdur. O, əlində spirtli içki ilə avtomobilindən düşərək sərxoş olmadığını deyib. Özünü idarə edə bilməyən sürücü avtomobili də idarə edə bilmədiyindən xəstəxanaya aparılıb.
Şahidlərin verdiyi məlumata görə, son anda piyada səkisində olan xarici qonaqlar da polislərin köməyi ilə ərazidən çıxarılıb. Əks təqdirdə isə qəzanın ölümlə nəticələnəciyi qaçılmaz idi.
Modern.az