Modern.az

Hillari Klinton iki ştatda uduzdu

Hillari Klinton iki ştatda uduzdu

Təhsil

27 Mart 2016, 10:44


Modern.az
xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-da Demokrat Partiyasından prezidentliyə əsas namizəd Hillari Klintonla iki ştatda rəqibinə uduzub. Belə ki, demokratların prezidentliyə digər namizədi senator Berni Sanders şənbə günü keçirilən ilkin seçkilərdə sabiq dövlət katibi Hillari Klintonla arasındakı fərqi azaldıb. O, Vaşinqton və Alyaska ştatlarında partiya fəallarının yığıncaqlarında  rəqibinə böyük üstünlüklə qalib gəlib.

Assoşieyted Press agentliyinin məlumatına görə, hazırda Klintonu 1697, Sandersi isə 976 nümayəndə dəstəkləyir. Partiyanın rəsmi namizədi olmaq üçün qurultayda 2383 nümayəndənin dəstəyi tələb olunur.

İndi Hillari Klintonun diqqəti doğma ştatı Nyu-Yorka yönəlib. Aprelin 19-da bu ştatda keçiriləcək ilkin seçkilərdə mübarizə 291 namizədin səsi uğrunda gedəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı