Modern.az

Bu şəxslər məcburi psixatriya xəstəxanasına yerləşdiriləcək

Bu şəxslər məcburi psixatriya xəstəxanasına yerləşdiriləcək

29 Mart 2016, 13:55

 


İnzibati xəta törətməmiş, lakin öz davranışları ilə ictimai təhlükə yaradan narkomanlıq xəstəliyinə düçar olan şəxslər psixatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcəklər.

Modern.az-ın məlumatına görə bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərlə bağlı dəyişiklik edilməsi təklif edilib.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyilib ki, qanunun hazırkı variantında cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilir.

Qanuna təklif edilən yeni dəyişiklikdə isə inzibati həbs nəzərdə tutan, inzibati xəta törətməmiş narkomanlara da məcburi tədbirlər tətbiq olunacaq.

Təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olanlara Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.

Belə şəxslərin Mülki Prosessual Məcəlləsinə uyğun olaraq, psixatriya xəstəxanasına qeyri-könüllü yerləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsinə  dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Ağa AKİFOĞLU

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...