Modern.az

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

22 Dekabr 2010, 19:31

Dekabrın 22-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Respublikası İraq xalqını dəstəkləyir, mövcud tarixi və mədəni əlaqələrin genişləndirilməsində və möhkəmləndirilməsində maraqlıdır.
Azərbaycan Respublikası Nuri əl-Malikinin başçılıq etdiyi yeni hökumətin təşkil edilməsini alqışlayır və inanır ki, yeni yaradılmış İraq hökuməti ölkədə sabitliyi və təhlükəsizliyi təmin edəcək, İraq xalqının tərəqqisinə və rifahına xidmət edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə