Modern.az

Deputatdan nikah öncəsi saxta arayış verən həkimlərə XƏBƏRDARLIQ

Deputatdan nikah öncəsi saxta arayış verən həkimlərə XƏBƏRDARLIQ

Təhsil

30 Mart 2016, 10:51


“İnsan özünün və gələcək övladının düşməni olmalı deyil. Nikahdan qabaq düzgün tibbi müayinədən keçmək gələcək cütlüyün özü və övladının sağlamlığı üçün lazımdır. Nikaha girmək istəyən gənclərin nigahdan öncə tibbi müayinədən hansısa yollarla yayınması genefondumuza böyük zərbə vura bilər”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev danışıb.

Deputat nikah öncəsi gəncləri tibbi yoxlamaya salmadan yalançı arayış verən həkimlərin və tibb müəssisələrinin məsuliyyət daşıdığını deyib:

“Nikah öncəsi tibbi yoxlamanın ayrı cür yola verilməsi mümkün deyil. Yalandan gedib arayış almaqla bu iş olmaz. Əgər gələcəkdə uşaq doğulanda hansısa ciddi fəsadlı xəstəlik olsa, o məsuliyyət birbaşa olaraq vaxtilə ailə qurmağa hazırlaşan gənclərə arayış vermiş həkimin və tibb müəssisəsini üstündə qalır. İnanmıram ki, tibb müəssisləri buna getsin. Vətəndaşlarımız özləri də şüurlu şəkildə öz xəstəliklərini bilə-bilə ailə qurub özlərini və doğulacaq övladlarını bədbəxt etməməlidirlər.

 Nikahdan qabaq tibbi müayinə üçün dövlət də bütün xərcləri öz üzərinə götürür. Müayinələr də tam pulsuzdur. Bakıda ixtisaslaşmış müayinələr lazımdırsa onlar da hamısı dövlət vəsaiti hesabına həyata keçirilir”.

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı