
Rusiyanın Tatarıstan Respublikası üzrə hüquq-mühafizə orqanları federal axtarışda olan 32 yaşlı Azərbaycan vətəndaşını həbs ediblər.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Bakı”-“Kazan” aviareysində həbs olunan azərbaycanlının “zorlama” maddəsi ilə axtarışa verildiyi bildirilir.
Hazırda təcridxanada saxlanılan şəxsin yaxınlarda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Vüqar İsmayılov