Fransanın “Le Monde” qəzeti qalmaqallı “Vikileaks” saytının yaradıcısı Culian Assanjı “ilin adamı” elan edib. Modern.az Frans-Press Agentliyinə istinadən bildirir ki, sabah qəzetin birinci səhifəsində Assanjın böyük portreti çap olunacaq.
Assanj qəzetin internet versiyası üzrə elan edilmiş sorğuda qalib gəlib. Oxucuların 56,2 faizi Assanja, 22 faizi Çin dissidenti Lu Syaboya, 6,9 faizi isə “Facebbok”un yaradan Zukerberqə səs verib.