Modern.az

Dəhşətli “Kloverfild, 10” filmi CinemaPlus-da

Dəhşətli “Kloverfild, 10” filmi CinemaPlus-da

Təhsil

30 Mart 2016, 14:00

> 

Dünən “Kloverfild, 10” filminin önədən nümayişində təqdim olundu. Triller və fantastika janrında çəkilən bu filmi dəhşət filmi də adlandırmaq olar. Kloverfildin çəkilişlər 2 il ərzində məxfi şəraitdə aparılıb.

Filmin prodüseri “Ulduz müharibələri”nin sonuncu epizodunun yaradıcısı Cey Cey Abramsdır. Lentin rejissoru Den Taxtenberq, baş rolların ifaçısı Con Qudmen, Meri Elizabet Uinsted və Con Qallaxerdir. 

Filmin süjet xətti tamaşaçını son dəqiqələrədək həyəcanda saxlayır. Avtomobil qəzasına düşüb huşunu itirən Mişel ayılanda əl-qolunun zəncirləndiyini görür. Sən demə, Hovard adlı bir şəxs onu öünün yeraltı bunkerinə gətirib. Bu kişi Mişeli inandırmağa çalışır ki, dünyaya yadplanetlilər hücum ediblər və havanı zəhərləyiblər. Film boyunca tamaşaçıda belə bir hiss yaranır ki, Hovard qızları oğurlayıb işgəncə verən manyakdır və dünyaya hücumla bağlı yalan danışır. Lakin Mişel zorla bunkerdən xilas olur və yer üzünə çıxanda həqiqətən də yadplanetlilərlə üzləşir... Beləliklə, əvvəli ağır triller və dəhşət filmi janrında olan bu film son dəqiqələrdə fantastikaya çevrilir.

Qarışıq süjet xəttinə malik “Kloverfild 10” filmini bu gündən etibarən CinemaPlus kinoteatrlarında baxmaq olar. Kinoteatr 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı