Modern.az

Nazir müavini “Azərbaycanda oteller Gürcüstandan 3-4 dəfə ucuzdur” dedi

Nazir müavini “Azərbaycanda oteller Gürcüstandan 3-4 dəfə ucuzdur” dedi

30 Mart 2016, 17:05

 

“Nazirliyin elə bir səlahiyyəti yoxdur ki, hansısa bir şirkət, otel və ya restoranın qiymətini aşağı salsın. Çünki Azərbaycanda bu sahədə sərbəst bazar şəraiti mövcuddur".

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə turizm qiymətlərinin yüksək olması haqda fikirlərə münasibət bildirərkən deyib. Nazir müavini bildirib ki, müştəri qiyməti baha olan restorana ikinci dəfə üz tutmaz.

“Biznesini itirən restoran və ya otel qiymətlərinin yuxarı olmasını düşünməlidir. Xarici valyuta ilə müqayisədə Azərbaycanda qiymətlər daha cəlbedicidir. Novruz bayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan otellərində olan qiymətləri yanaşı qoyduqda, 5 ulduzlu seqmentdə Bakıda olan brend hotellərin 3-4 dəfə, 4 ulduzlu seqmentdə 2 dəfə ucuz olduğunu müşahidə etdik. Amma ölkəmizdə bu sahədə problem 2-3 ulduzlu otellərin az olmasındadır.

Çünki 2-3 ulduzlu hotellərin tikilməsinə indiyə kimi holdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər. Bu onlara o qədər də cəlbedici görsənməyib. Halbuki 2-3 ulduzlu hotelə qoyulan investisiya daha tez qaytarılır, nəinki çox ulduzlu hotellərə yatırılan vəsait. Bu baxımdan az ulduzlu hotellərlə bağlı sahədə çalışmaq lazımdır”.

Ağa AKİFOĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...