Modern.az

“Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb etsək...”

“Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb etsək...”

30 Mart 2016, 17:40

"Əvvəlki qanun bu günün tələblərinə cavab vermir. Ona görə də qanunun yenidən işlənib hazırlanmasına ciddi ehtiyac var idi. Bütün bunları nəzərə alaraq, layihənin hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da işçi qrupunda fəal iştirak ediblər. Artıq ilkin müzakirələrlə bağlı çoxlu materiallar toplanılıb. Milli Məclisin spikerinin dəstəyi ilə materiallar işçi qrupu tərəfindən işlənib hazırlanıb”.

Modern.az-ın məlumatına görə bu barədə Milli Məclisin Əmək və Sosial siyasət komitəsində “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, bu gün ölkədə daxili turizmlə bağlı böyük işlər görülüb: "Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün nazirlik tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik".

H. Rəcəbli xatırladıb ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib:

"Bu gün ölkədə turizm üçün 223 muzey, 29 teatr, 6300 tarixi abidə, 27 qoruq var. Azərbaycanın turizm potensialı haqqında günlərlə danışmaq olar. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da var. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib.

Ekologiyaya ilə bağlı çoxlu yerlərimiz var. Lakin onun təşkilatı məsələləri hələ də həllini tapmayıb. Görüləsi işlərimiz görülənlərdən qat-qat çoxdur.

Yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb. Əsas məqsəd layihənin gündəmə gəlməsi və parlamentin yaz sessiyası dövründə müzakirəyə çıxarılmasıdır".  

Ağa AKİFOĞLU

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...