Modern.az

Horadiz şəhəri Fransanın Altkirch şəhəri ilə qardaşlaşır

Horadiz şəhəri Fransanın Altkirch şəhəri ilə qardaşlaşır

Təhsil

31 Mart 2016, 10:13


Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aprelin 1-dən 5-dək Fransada işgüzar səfərdə olacaq.
Bu barədə Modern.az-a Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.

Səfərdə məqsəd Fransanın Altkirch şəhəri ilə Füzuli rayonunun Horadiz şəhəri arasında qardaşlaşma haqqında Protokolun imzalanmasıdır. Səfər zamanı Alı Alıyev Horadiz şəhər bələdiyyəsinin sədri ilə birlikdə Altkirch şəhərinin müvafiq dövlət qurumlarında və şəhər bələdiyyəsində bir sıra görüşlər keçirəcək,  Füzuli rayonu və Horadiz şəhəri ilə bağlı məlumat verəcək, daha sonra Horadiz və Altkirch şəhərləri arasında bir tərəfli qardaşlaşma haqqında protokol imzalayacaqlar.

Aprel ayının sonlarında isə Fransanın Altkirch şəhərinin müvafiq dövlət və bələdiyyə  orqanlarından ibarət nümayəndə heyəti Horadiz şəhərinə səfərə gələcək, növbəti protokol Horadiz şəhərində imzalanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...