
Amerika prezidenti Barak Obama Vaşinqtonda keçirilən Nüvə Sammitinin ilk günündə “Wasington Post” qəzetində köşə yazısı ilə çıxış edib.
Modern.az xəbər verir ki, amerikalı prezident yazısında Rusiyanın orta və yaxın mənzilli taketlərin ləğv edilməsi barədə imzalanmış ikitərəfli müqavilənini şərtlərini pozmaqda ittiham edib.
O həmçinin Moskvanı nüvə başlıqlarını birlikdə azaltmağa səsləyib.
“Yaxın və Orta Mənzilli Raketlərin Ləğv Edilməsi barədə müqavilənin pozulduğunu nəzərə alaraq Rusiyanı bütün öhdəliklərini yerinə yetirməyə çağırırıq”.
Dünyadakı nüvə potensialının 90%-nin Rusiya və Amerikaya məxsus olduğunu xatırladan Barak Obama 2018-ci ildə bu ölkələrədə qalacaq nüvə başlıqlarının 1950-c ildən bəri ən aşağı səviyyədə olacağını proqnozlaşdırıb.
Vladimir Putin martın 31 mart-1 aprel tarixlərində baş tutacaq Nüvə Sammiti üçün Amerikaya getməkdən imtina etmişdi.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə nüvə başlıqlarının ləğv olunması barədə Amerika-Rusiya razılaşmasının mümkünsüz olduğunu demişdi.
Vüqar İsmayılov