
Rusiyada azərbaycanlıların “sxodka” təşkil etdikləri deyilən kafeyə polis hücumunun görüntüsü yayılıb.
Qeyd edək ki, Rusiyanın Sverdlovsk vilayətinin xüsusi təyinatlı polis qüvvələri Yekatrinburq şəhərindəki restoranlardan birində keçirilən “kriminal sxodka”ya basqın edərək bütün iştirakçıları saxlayıb.Məlumatlara görə, “sxodka”nı Ağayar adlı azərbaycanlı kriminal avtoritet təşkil edib. Lakin toplantının iştirakçıları restorana sadəcə olaraq“ad günü keçirməyə” yığışdıqlarını deyirlər.
Hüquq-mühafizə orqanlarındakı mənbə də “sxodka”nın ad günü ad altında keçirldiyini təsdiq edib.
Restorana basqın OMON-çuların, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının və polisin iştirakı ilə keçirilib.
Məlumat üçün bildirək ki, həmin tədbirdə azərbaycanlı meyxanaçılar İntiqam və Ehtiram Rüstəmov qardaşlarının da iştirak edib. Görüntülərdən də bunu görmək mümkündür.
Modern.az sosial şəbəkələrə istinadən videonu təqdim edir.