Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az saytına verilən məlumata görə, buna səbəb ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədardır.
Buna görə də, Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Gülşən RAUFQIZI