Modern.az

70 hakim barəsində intizam icraatı başlanıb

70 hakim barəsində intizam icraatı başlanıb

Təhsil

1 Aprel 2016, 13:02

Son 5 ildə Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraatı başlanılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən 5 nəfərin səlahiyyətlərinə xitam verilib, hakimlikdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 nəfərinə irad tutulub.

R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı