Modern.az

Hava yenə PİSLƏŞƏCƏK

Hava yenə PİSLƏŞƏCƏK

Təhsil

1 Aprel 2016, 13:13

Aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, bəzən intensiv olacağı ehtimal olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Rayonlarda aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və 2-də arabir güclənən gilavar küləyinin 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı