Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

1 Aprel 2016, 13:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz - Aprelin 02-03-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 02-də arabir güclənən gilavar küləyinin 03-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı