Modern.az

Suriyada vuruşan çeçenlərin sayı AÇIQLANDI

Suriyada vuruşan çeçenlərin sayı AÇIQLANDI

Təhsil

1 Aprel 2016, 13:49


Çeşenistandan Suriyadakı terrorçu qruplaşmaların tərəfində  döyüşməyə gedənlərin əksəriyyəti məhv edilib. Modern.az Rusiya KİV-nə istinadə bildirir ki, bu haqda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov açıqlama verib.

Onun sözlərinə görə, hazırda Suriyada 200-ə yaxın çeçen yaraqlısı qalıb.

“İndi bizdə məlumat var ki, çeçenlərin əksəriyyəri orada ölüb. Ona görə ki, orada döyüşən ərəblər və digər millətlərdən olanlar çeçenləri ət kimi qabağa veriblər – sizin praktikanız var, təcrübəniz var,  çeçenlər irəli gedin, döyüşün. Bizim 200-ə yaxın çeçenimiz qalıb Suriyada. Onlar Avropadan gediblər. 20, 30 nəfərlik quldur dəstələri var”, - Kadırov deyib.

Onun sözlərinə görə, Çeçenistandan Yaxın Şərqə döyüşməyə gedənlər azdır: “Biz hamısını nəzarətdə saxlayırıq. Kimsənin oralara getməsi nadir halda baş verir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı