
2-4 aprel tarixlərində Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva Böyük Britaniyada olacaq.
Modern.az bu barədə SAM-a istinadən xəbər verir.Gülşən Paşayeva Kembric Universitetində Slavyan və Şərqi Avropa Tədqiqatları üzrə Britaniya Assosiasiyası tərəfindən təşkil ediləcək konfransda iştirak və çıxış etmək üçün Kembricə səfər edəcək.
Tədbirdə SAM rəsmisi “Dağlıq Qarabağ münaqişəsi: müharibə və sülh arasında” mövzusunda məruzə edəcək.
Aqşin Kərimov