Modern.az

Deputat səfirlə müzakirə apardı

Deputat səfirlə müzakirə apardı

1 Aprel 2016, 15:57

Bu gün Milli Məclisdə Azərbaycanın Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.

Görüş səfirin xahişi ilə baş tutub.  

Modern.az-ın deputat Eldar Quliyevdən aldığı məlumata görə, görüşdə iki ölkə arasında qarşılıqlı münasibətlər, parlamentlərarrası əlaqələr müzakirə olunub.  

Hər iki tərəf ölkələrarası münasibətlərin daha da inkiaşf etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Qeyd edilib ki, bu əməkdaşlıq hər iki ölkə üçün böyük xeyir gətirə bilər.

Bundan əlavə, səfirlə QDİƏT PA ilə bağlı da müzakirələr aparılıb.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı