
Beynəlxalq Nüvə Sammiti çərçivəsində Vaşinqtonda olan Ermənistan prezidenti Serj Sarkisyan Amerikanın vitse-prezidenti Co Baydenlə görüşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidməti görüşdə tərəflərin Dağlıq Qarabağ məsələsini də müzakirə etdiyini bildirib.
Co Bayden regionda davam edən zorakılıqdan narahatılğını ifadə edib və tərəfləri dialoqa çağırıb.
O həmçinin, bütün tərəflərin maraqlarına cavab verəcək danışıqların regionda davamlı sülhə, stabilliyə və inkişafa təklan verəcəyini vurğulayıb.
Amerikanın vitse-prezidenti Ermənistanı qonşuları ilə sülh içərisində yaşayan demokratik dövlət kimi görmək istədiyini də Sarkisyanın diqqətinə çatdırıb.
Vüqar İsmayılov