Modern.az

Səs verin ki, azərbaycanlı həkim Obama ilə görüşsün

Səs verin ki, azərbaycanlı həkim Obama ilə görüşsün

Təhsil

1 Aprel 2016, 17:46

Elm və Texnologiya üzrə Qlobal Sammit (2016 GİSTİ), ABŞ Dövlət Departamenti və Amerika Elmə Dəstək Assosasiyası (AAAS) tərəfindən hər il müsabiqə keçirilir.

Modern.az xəbər verir ki, bu il 2016-GİSTİ müsabiqəsi ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində, iyunun 20-24 arası keciriləcək.  

135 ölkə arasında kecirilən müsabiqədə, dünyanın müxtəlif ölkələrindən 1075 ərizə qəbul olunub.

Azərbaycandan olan layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilərək, yarımfinala vəsiqə qazanıb.   “Hippokrat” Tibb Mərkəzinin icracı direktoru Leyla Tağızadə Modern.az-a bildirib ki, Azərbaycan yarımfinalda səhiyyəyə aid innovativ “HealthBox” layihəsi ilə təmsil olunur.  

Qeyd edək ki, “HealthBox” xəstələrin tibbi xidmətlərə əlcatanlığını yüksəltmək ücün işlənən mobil proqramdır. Bu program xəstələrə, öz sağlamlıqları ilə əlaqədar məlumatları, bilavasitə tibb müəssisə və apteklərə göndərməyə imkan verən mobil tətbiqdir.  

L.Tağızadə bildirib ki, Azərbaycandan olan layihənin finala kecməsini aprel ayının 1-dən may ayının 1-nə kimi keciriləcək ictimai səs vermə həll edəcək. “İctimai səsvermədə hər bir şəxs gündə bir dəfə olmaqla səs verə biləcək. Yarımfinala cıxmış 102 lahiyə arasında 30 ən cox səs yığan layihə seciləcək. Finalçılar  Elm və Texnologiya üzrə Qlobal Sammitdə öz işlərini təqdim edəcəklər.  

Onu da qeyd etmək lazımdır ki, hər il sammiti ABŞ prezidenti Barak Obama şəxsən özü açır. Bu il finalcılar ABŞ prezidenti ilə görüşmək, layihələrinin inkişafı ücün investisiya cəlb etmək, qlobal elm, texnologiya sahəsində faydalı əlaqələr qurmaq, investorlarla qarşılaşmaq imkanı əldə edəcəklər”.  

Mərkəzin icraçı direktoru vurğualyıb ki, yarımfinalda Azərbaycan ilə birlikdə, qonşu Gürcüstan və Ermənistandan olan layihələr də yer alıb.  

“Səs vermək istəyən hər bir şəxs, aşağıdakı linklə kecid alaraq, siyahıda Azərbaycandan olan layihəni secərək gündə bir dəfə səs verə bilər.  www.gistnetwork.org/tech-i/vote Eyni zamanda səs verənlər, öz ölkəsini 2017-ci ildə keciriləcək  GİST regional təlim düşərgəsinə nominasiya edə bilər”.

Leyla Tağızadə 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. Tibb üzrə fəlsəfə doktorudır( PhD).

ABŞ Dövlət Departamentinin SABİT programının məzunudur. Hazırda “HealthBox” xidmətinin təsiscisidir. 2006-cı ildən “Hippokrat” Tibb Mərkəzinin icracı direktoru vəzifəsində çalışır.  

Aytən ZƏHRA        

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı