Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Modern.az saytı xəbər verir ki, zirvə görüşünü açıq elan edən ABŞ prezidenti Barak Obama sammit iştirakçılarını salamlayıb.
Daha sonra işinə başlayan sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub.
Tədbirdə terrorizm təhlükəsi, KXDR-nin nüvə problemi və digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin liderləri iştirak edirlər.




Modern.az