Modern.az

Ayaz Mütəllibov: “Himnimiz bir az uzundur”

Ayaz Mütəllibov: “Himnimiz bir az uzundur”

Təhsil

2 Aprel 2016, 11:05


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin Azərbaycan himni haqqında səsləndirdiyi fikirlər qalmaqal yaradıb. Deputatın dahi bəstəkar Üzeyir Hacıbəylinin himnə yazdığı musiqini mərsiyəyə oxşatması etirazlara səbəb olub.

Araz Əlizadənin yaxın dostu, eks-prezident Ayaz Mütəllibov son günlər himn ətrafında səsləndirilənlərə münasibət bildirib.

O, Modern.az-a açıqlamasında deyib ki, himni dəyişməklə bağlı qərarı qısa zaman ərzində vermirlər.

“Himn ətrafında deyilənlərlə yaxından tanış deyiləm. Sadəcə, onu deyə bilərəm ki, zənnimcə,  himnimiz bir az uzundur. Həmçinin, himnimizin dəyişdirilməsi bizim ixtiyarımızdadır. Həm də bu, parlamentin işidir. Başqa nəsə deyə bilmərəm”.

Ayaz Mütəllibov Araz Əlizadə ilə əlaqələrindən də danışıb.

“Araz Əlizadə ilə tez-tez olmasa da hərdənbir əlaqə saxlayırıq”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı