Azərbaycanda adambaşına 0,2 hektar yaşıllıq düşür.
Modern.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev "Ekspert saatı"nda məlumat verib.
O qeyd edib ki, dünyada adambaşına düşən yaşıllıqların ortalama göstəricisi 0,48 hektardır:
"Bu rəqəmləri müqayisə etdikdə görürük ki, bizdə yaşıllığın miqdarı 4 dəfə azdır. Ona görə, meşəliklərin, yaşıllıqların salınması həmişə prioritet olmalıdır. Meşələri qorumaqla yanaşı yeni yaşıllıqların salınmasını da gücləndirməliyik".