Dünya yeni virusla - meymunçiçəyilə mübarizə aparmağa başlayıb. Artıq bəzi Avropa, Afrika ölkələrində yoluxma sayı artan statistika ilə davam edir. Ötən günlərdə Nigeriyada ilk ölüm halının qeydə alındığı meymunçiçəyinə ölkəmizdə hələ ki rast gəlinməyib.
Əsasən heyvanlardan ötürülən meymunçiçəyinin ölkəmizə gəlmə ehtimalının yüksək olduğu bir vaxtda görəsən, Bakı Zooloji Parkında neçə meymun var?
Modern.az-ın suallarını cavablayan Bakı Zooloji Parkın direktor müavini Azər Hüseynov bildirib ki, hazırda zooparkda cəmi 18 meymun var.
Onun sözlərinə görə meymunlardan 4-ü "Makaka" növünə aiddir. "Pavyan hamadril" adlanan meymunların sayı isə 7-dir. Zooparkda el arasında "əl meymunu" deyilən 7 kiçik "Marmoset" meymunu var.
Meymunların cinslərinə gəldikdə isə A.Hüseynov bildirib ki, makakların 4-ü də erkəkdir. Pavyan hamadrillərdən biri erkək, ikisi dişi, dördü baladır. Cənubi Amerikadan gətirilən "əl meymunları"nın ikisi erkək, 1-i dişi, 4-ü isə baladır.
Elmar Hüseynov