Modern.az

Azərbaycanda “Viaqra”ya tələbat artıb - ARAŞDIRMA

Azərbaycanda “Viaqra”ya tələbat artıb - ARAŞDIRMA

21 İyun 2012, 10:27

Apteklərə gələn hər 10 müştəridən 3-ü məhz cinsi aktivliyi artıran dərmanlar istəyir

Son illərin müşahidəsi onu göstərir ki, cinsi aktivliyi artıran dərmanlara tələbat artıb. Türkiyədə yaşayan azəri əsilli müğənni Azər Bülbülün cinsi gücü artıran dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişdiyi hamıya məlumdur. Bu dərmanda istifadə dünyanın hər yerində mövcuddur. Azərbaycanda da bu tipli preparatlardan istifadə edənlərin sayında artım qeydə alınıb. Bunu apteklərin satıcıları da təsdiqləyirlər.

“Gənclik” ərazisindəki aptekdə əczaçı işləyən Rəşid Həsənli “Viaqra”nın yaxşı satıldığını bildirdi. R.Həsənli “Viaqra”nın əvəzedicisi olan “Kamagra 100mg Sildenafil”in nisbətən daha çox satıldığını deyirb:
“Kamaqra siltenasil” tərkibli Hindistan istehsalı olan preparatdır, bu dərmanın orijinalı “Viaqra”dır. Ciddi əlavə təsirləri yoxdur, ürək xəstələrində təhlükəlidir, həkim təyinatı ilə qəbul etsəniz, daha məqsədəuyğun olar. Dörd ədəd “Kamaqra” 4 AZN olduğu halda, bir ədəd “Viaqra” 9 manatdır. İmpotensiya ilə əlaqədar olaraq ən çox yaşı 50-dən yuxarı olanlar alır. Arada cavan uşaqların da aldığı olur. Onlar ereksiya problemi olan adamalardır”.

Daha bir dərman satıcısı Reyhan Ağayeva “Viaqra”nın elə də yaxşı satılmadığını deyib. Xanım əczaçı “Viaqra” dan daha çox, bu sıradan olan bir çox dərmanların satıldığını bildirib: “Ən çox 35 yaşdan yuxarı olan insanlar alır. Gündəlik çox alınır. “Viaqra” digərlərinə baxanda az alınır. Yəqin ki, bu da qiymətinin baha olması ilə bağlı ola bilər”.

Bəs bu kimi dərmanların insan orqanizminə hansı müsbət və mənfi cəhətləri mövcuddur?

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov Modern.az-a açıqlamasında bildirib ki, “Viaqra” və bu tipli başqa adlarda olan bir neçə dərman Azərbaycanda qeydiyyatdan keçib. P.Əzizbəyov dərmanların dövlət qeydiyyatında olduğu üçün Azərbaycanda satışına icazə verildiyini deyib:
“Bunların arasında saxta mallar yoxdur. Bizim mərkəz əczaçılıq bazarına, aptek və topdan satış mərkəzlərində satılan dərman prepatlarına nəzarət edir. Mərkəzdə ölkəyə idxal olunan bütün dərman preparatları dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatına alındıqdan sonra, onların Azərbaycan Respublikası ərazisində istifadəsinə və idxalına icazə verilir. Hər dəfə bu dərmanlar ölkəyə idxal olunan zaman, həmin preparatların hər seriyasından nümunələr götürülür və labarotor yoxlamalar aparılır. Onların keyfiyyəti təsdiq olunduqdan sonra, onlara yararlılıq haqqında analiz protokolları təqdim olunur və satışına icazə verilir. Onun içlik vərəqəsində yazılır və göstərilir ki, hansı hallarda necə təsir göstərə bilər. Hər bir insan o dərmanı qəbul edə bilməz. Çünki onun əlavə və yan təsirləri var. Azərbaycanda “Viaqra” və bu tipli dərman preparatlarının  saxtası aşkarlanmayıb”.

Qeyd edək ki, dünyada ən çox satılma üzrə rekord vuran “Viaqra”nı ilk öncə tamamilə başqa məqsədlər üçün ixtira ediblər. Belə ki, bu dərman əslində ürək anginasının müalicəsi üçün işlənilib hazırlanırdı. Dərman ürəyə gedən damarları yumşaldaraq, qan təchizatını artırmalı idi. Lakin sınaqlar zamanı buna nail olunmurdu. “Pfizer” şirkəti az qala növbəti sınaqları dayandıracaqdı. Lakin bu zaman artıq sınaqlarda iştirak etmiş könüllülər şirkətə xəbər verdilər ki, dərmanın başqa, indi hamıya məlum olan effekti var. Dərman hətta impotent kişilərdə də müsbət təsirə malik idi.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!