Modern.az

“Azəriqaz”: Binəqədidə qaz problemi bu gün həll olunacaq

“Azəriqaz”: Binəqədidə qaz problemi bu gün həll olunacaq

23 Yanvar 2013, 17:30
Binəqədi qəsəbəsinin Novxanı şosesi ətrafındakı yaşayış sahəsi, xüsusən 3-cü mədən küçəsi hissəsində mavi yanacağın verilişində fasilə yaranıb. Bir həftədir ki, həmin hissədə olan evlərıə qaz verilməsində problemlər yaşanır.  

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı Tahir Kazımov Modern.az-a açıqlamasında bildirib ki, həmin ərazidə yeraltı qaz kəmərində sızma olduğu üçün mavi yanacağın verilişində fasilə yaranıb.

“Ora qazın verilişinin dayandırılması yeraltı kəmərdə sızıntının olması ilə əlaqədar idi. Artıq qaz kəmərində bərpa işləri başa çatıb. Bu gün saat 5 və ya 6 radələrində mavi yanacağın verilməsi bərpa olunacaq. Qaz zəif olan yerlərdə güclənəcək, olmayan yerlərdə isə bərpa olunacaq”.  

Aytən Əliyeva
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir