Modern.az

Baba Tağıyevin həyat yoldaşı seçicilərə çağırış etdi... ®

Baba Tağıyevin həyat yoldaşı seçicilərə çağırış etdi... ®

29 Oktyabr 2010, 15:29

44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputatlığa namizəd Baba Tağıyev Masazır qəsəbəsində seçicilərlə görüş keçirib. Bu görüşdə qəsəbə sakinləri Salamov Akif, Gəncəmaliyev Cəlil, Ağsaqqallar Şurasının sədri Hacı Rasim,  Musiqi Akademiyasının tələbəsi Şabanova Nəzakət çıxış ediblər. 
Görüşdə deputatlığa namizəd öz seçkiqabağı platformasını seçicilərinin diqqətinə çatdırıb. 
B.Tağıyevin həyat yoldaşı Gülbahar Tağıyeva da çıxış edib. O deyib ki, 5 illik deputatlıq fəaliyyəti boyunca daima həyat yoldaşının yanında olub və problemlərin həllində B. Tağıyevə dəstək olub: “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyəti mənim üçün bir nümunə olub. Mən də ondan nümunə götürərək daima Baba Tağıyevə dəstək olmağa çalışıram. Allah möhlət verdikcə də onun yanında olacağam. Sizi də ona səs verməyə çağırıram”.

 


Seçki qərargahı  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?