2015-ci il üzrə Avropanın ən maraqlı yeri İslandiyanın Akyureyri şəhəri seçilib.
Modern.az xəbər verir ki, “Lonely Planet”in mütəxəsislərinin araşdırmalarına əsasən, bu yer “balıq tutmaq, yaşıl otlar üzərində gəzmək, şəlalələrə baxmaq, qeyzerləri araşdırmaq istəyənlər” üçün maraqlıdır.Siyahıda ikinci yeri Leypsiq tutur. Buranı “yeni Berlin” adlandırırlar, belə ki bura bütün Almaniyadan tələbələr, rəssamlar gedir.
Üçüncü yerdə Azor adalarıdır (Portuqaliya). Sonrakı sıralam isə belədir : Malaqa (İspaniya), Belqrad (Serbiya), Piemont (İtaliya), Bakı (Azərbaycan), Amsterdam (Niderland), Troms (Norveç) və Port (Portuqaliya).
Aytən Əliyeva