Modern.az

Bakı-Qazax sərnişin qatarı ləğv edilir

Bakı-Qazax sərnişin qatarı ləğv edilir

Təhsil

19 Noyabr 2013, 10:30

Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında dəyişikliklər aparılacağı bildirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, 1 dekabr 2013-cü ildən 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və "98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı" adlandırılacaq. Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq.

662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.

Həmçinin 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Ağstafadan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcəkdir.

98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı Bakı sərnişin stansiyasından saat 22-05-də yola düşəcək və Qazaxa saat 09.40-da çatacaq. Qatar Qazaxdan 19.05-də yola düşəcək və Bakı sərnişin stansiyasına saat 07.25-də çatacaq.

Eyni zamanda 38-37 №-li Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcək.

Azərbaycanin ən böyük və ən çox hərəkət sıxlığı olan Bakı-Qazax sərrnişin qatarının ləğv edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sərnişinlər qeyd ediblər ki, hökumətin tramvay və trolleybusun ardından dəmiryol nəqliyyatını da (sərnişindaşıma sektoru üzrə) ləğv etməyə hazırlaşdığını göstərir. Çünki, bu qatara bilet tapmağın həmişə müşkül olduğu bir vəziyyətdə əvvəllər 16-18 vaqonu olan qatarın vaqon sayının son vaxtlar 6-7-yə endirilməsi şübhə doğurur. Bu qatarın, (daha doğrusu onun 2-3 vaqonunun) Bakı-Ağstafa firma qatarına birləşdirilməsinin əslində qiymətlərin artırılması demək olduğunu iddia edən istifadəçilər bu qatarda qiymətlərin 2 dəfə yüksək olduğunu vurğulayıblar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi