Modern.az

Bakıda Pasxa bayramı belə qeyd edildi - FOTOLAR

Bakıda Pasxa bayramı belə qeyd edildi - FOTOLAR

16 Aprel 2023, 08:45

Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd ediblər.

 

Modern.az xəbər verir ki, ölkənin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib.

 

Bayram ibadəti gecəyarısı – şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlayıb. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar düzüblər.

 

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 16-da qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir