Modern.az

Bakıdakı məşhur klinika: “Kişilər saç, qadınlar qaş əkdirirlər” - QİYMƏTLƏR

Bakıdakı məşhur klinika: “Kişilər saç, qadınlar qaş əkdirirlər” - QİYMƏTLƏR

8 İyul 2019, 17:00

Saç tökülməsi, yəni keçəlləşmə günümüzün ən aktual problemlərindən biridir. Bu problem bir sıra amillərlə bağlıdır. Bunların arasında stress, vitamin çatışmazlığı və sairə var. Başdakı keçəlləşmə problemini müalicə etmək mümkündür. Ancaq bu mümkün deyilsə, müasir estetik və plastik cərrahiyyə problemin həllini təklif edir.

Azərbaycanda son zamanlar saç əkilməsi ilə bağlı estetik əməliyyat etdirənlər çoxalıb. Bu sırada sənət adamları da var, digər tanınmışlar da. Adi vətəndaşlar da saç əkilməsi ilə bağlı klnikalara üz tutur.


Xətai Estetik Klinikasından Modern.az-a verilən məlumata əsasən, Azərbaycanda daha çox kişilər saç əkdirməyə gəlirlər.

“Saç tökülməsindən şikayət edib klinikamıza üz tutanlar təbii ki, çoxdur. Saçın tökülmə çoxluğundan aslı olaraq əməliyyatın qiyməti dəyişir. Təbii ki, xanımlar da müraciət edir, amma biz xanımlara əməliyyat etməyi o qədər də məsləhət görmürük. Əməliyyatdan əvvəl xanımın saçına baxılır. Xanımlara daha çox müalicə üsulunu tövsiyə edirik. Normalda bir saç əkiminin qiyməti 1.50 manatdır, endirimlə 1.20 manat ola bilir”.

Klinikadan bildirilib ki, pasiyentlə müqavilə imzalanır, zəmanət verilir. Əgər əməliyyatdan sonra həkimin qoyduğu müddət ərzində saç çıxmazsa, müqavilənin şərtlərinə əsasən pasiyentin ödədiyi pul geri qaytarılır.


“Sənət adamlarından da bizə müraciətlər çox olur. Manaf Ağayev, Cavanşir Məmmədov, Vasif  Məhərrəmov, Samir Bayramlının adını çəkə bilərik. Lakin bir çox sənət adamları adlarının gizli qalmasını istəyir. Xanım sənətçilərimizdən daha çox qaş əkilməsi ilə bağlı müraciətlər olur”.

Nuranə DAXİLQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB