Modern.az

Bir şəklin tarixçəsi: Ağ-qara fonda 3 general - qüdrətli Əliyev, sərt Bərşadlı və gənc Hüseynov

Bir şəklin tarixçəsi: Ağ-qara fonda 3 general - qüdrətli Əliyev, sərt Bərşadlı və gənc Hüseynov

2 Noyabr 2013, 13:05


İndi sovet dönəmini yada salan bir çox şəkillər nostalji doğurmaqla yanaşı, bəzi insanları yenidən xatırlamaq imkanı da verir. Bu ağ-qara şəkillərdə sovet təntənəsi fonunda siyasi liderlər o dövrün mənzərəsinə yaxşı güzgüdür. Fotolar bir anı əbədiləşdirsə də, həyatın davamını, orada əks olunan insanların ömür payına nə yazıldığını heç bir halda göstərə bilməz. Bu fotoda olduğu kimi...

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil uzaq 1981-ci ildə çəkilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Bakıdakı Lenin meydanında keçirilən təntənəli tədbirə gəlib. Onu Hərbi Məktəbin rəisi, general Valeh Bərşadlı və gənc sovet partiya funksioneri, Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri Vaqif Hüseynov müşayiət edir..

Cəmi 10 il keçəcək... Bu adamlar Azərbaycanın siyasi tarixinə tamam başqa statuslarla düşəcəklər... General Valeh Bərşadlı müstəqil Azərbaycanın ilk müdafiə naziri olacaq, Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycan prezidenti seçiləcək, Vaqif Hüseynov DTK sədri postuna qədər yüksələcək və adını 20 yanvar qırğınının təşkilatçıları sırasına yazaraq, siyasi tarixi rüsvayçılıqla tərk edəcək. 

Saralmış ağ-qara fotolar həm də tarixi analiz etmək üçün yaxşı bir ibrətdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!