Modern.az

Cəbrayıllı şəhidlər haqqında kitabın təqdimatı oldu - FOTOLAR

Cəbrayıllı şəhidlər haqqında kitabın təqdimatı oldu - FOTOLAR

24 İyul 2021, 09:22

Bu gün Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə yerləşən Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasının iclas  zalında  44 günlük vətən müharibəsində igidlik nümunəsi göstərərək, şəhidlik zirvəsinə ucalmış, Cəbrayıl əsilli 35 şəhidin şərəfli döyüş yolundan bəhs edən “Zəfər yolunda” kitabının təqdimat mərasimi keçirilmişdir.

 

Modern.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin, qazi və  rayon ictimaiyyəti nümayəndələri,  Qarabağ əlilləri iştirak etmişdir. İlk öncə torpaqlarımızın bütövlüyü və düşməndən azad edilməsi naminə qəhrəmanlıq nümunəsi göstərməklə, şəhidlik zirvəsindən Tanrı dərgahına yollanan qeyrətli vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləndə sonra, Cəbrayıl rayon İH-nin başçısı Kamal Həsənov İkinci Qarabağ Müharibəsində xalqımıza Zəfər sevinci bəxş edən şəhidlərin döyüş yollarından, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açmış, qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq qələmə alınmış “Zəfər yolunda” kitabının bu yönümdə atılan bir addım olduğunu diqqətə çatdırmışdır. Kitabın on gün qabaq paytaxt Bakıda da təqdimat mərasiminin keçirildiyini vurğulayan rayon rəsmisi, sonda kitab müəlliflərinə təşəkkür etmişdir.

 

Kitabın həmmüəllifi Tanınmış şair-publisist İsmayıl İmanzadə həmyerlilərinin son 27 il ərzində doğma ata-baba yurdlarına qayıdacaqları günləri həsrətlə gözlədiklərini, 44 günlük İkinci Qarabağ Müharibəsində düşmən üzərində qazanılan qələbənin hərb tariximizə qızıl hərflərlə yazıldığını söyləmiş, kitabın araya-ərsəyə gəlməsində mənəvi dəstəklərinə görə  rayon rəhbərliyinə, Millət Vəkili Ceyhun Məmmədova, tanınmş rayon ziyalılarından Əlirza Xələfliyə və Şakir Albalıyevə minnətdarlığını bildirmişdir.

Kitabın digər həmmüəllifi Tariyel Abbaslı Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun keçdiyi şərəfli döyüş yolundan danışmış, yazılan kitabın qəhrəman şəhid oğullarımızı tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.

Cəbrayıl rayon 14 saylı məktəbin direktoru Sabir Aslanov, şəhid ataları və anaları adından şıxışlar edən Vəli Hüseynov, Sərməst Mustafayev, Əşrəf Qəhrəmanov və iki şəhid anası qəhrəman övladlarından bəhs edən kitaba görə rayon rəhbərliyinə və kitab müəlliflərinə minnətdarlıqlarını bildirmişlər. Rayon qaizəri adından çıxış edən Nemət Qəhrəmanov isə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə də böyük töhfə verəcəyini əminlik hissiylə sörləmişdir.

Tədbirin sonunda şəhid ailələrinə və təqdimat mərasiminin iştirakçıların “Zəfər yolunda” kitabının yüzə yaxın nüsxəsi hədiyyə edilmişdir

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi