Modern.az

COP29-un əsas tədbirinin keçiriləcəyi tarix açıqlandı

COP29-un əsas tədbirinin keçiriləcəyi tarix açıqlandı

COP29

15 Aprel 2024, 11:28

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, 2024-cü ildə həm də Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir:

 

"Biz Azərbaycanın körpü rolu oynadığını görürürk. Yəni inkişafda olan və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyükdür. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".

M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər