Modern.az

COP29 müddətində bütün dünyanın diqqəti Azərbaycana yönələcək

COP29 müddətində bütün dünyanın diqqəti Azərbaycana yönələcək

COP29

17 May 2024, 14:24

COP29 müddətində bütün dünyanın diqqəti Azərbaycana yönələcək.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"Bir neçə aydan sonra Azərbaycanda COP29 tədbiri keçiriləcək. Bütün dünyanın diqqəti ölkəmizə yönələcək ki, bu da bizim üçün son dərəcə vacibdir", - deyə o bildirib.

O, Azərbaycanın daima beynəlxalq hüquq və ədalətə hörmət edən ölkə olduğunu qeyd edib.

"Azərbaycan, həmçinin, beynəlxalq ictimaiyyətin iqlim dəyişmələri ilə mübarizədə mühüm hissəsidir. "Yaşıl" iqtisadiyyata keçid üçün mühüm həcmdə maliyyə resurslarına ehtiyacımız var. Beynəlxalq miqyasda özəl maliyyələşdirmənin həcmini də əhəmiyyətli dərəcədə artırmaq lazımdır", - o deyib.

Deputat özəl sektorun öz üzərinə aparıcı rol götürməsinin və iqlim dəyişmələri ilə mübarizədə hədəflərini müəyyənləşdirməsinin vacib olduğunu əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi