Modern.az

Kuba ilə COP29 müzakirə olundu

Kuba ilə COP29 müzakirə olundu

COP29

17 May 2024, 22:21

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev bu ölkənin elm, texnologiya və ətraf mühit naziri Eduardo Martinez Dias ilə görüşüb.

 

Azərbaycanın Kubadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Kuba arasında tarixi dostluq münasibətlərinə toxunulub və son dövrlərdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Söhbət əsnasında iki ölkə arasında elm, texnologiya, ətraf mühit sahələrində əməkdaşlıq imkanları, o cümlədən Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məsələlər müzakirə edilib.

 

Kubalı nazir Azərbaycanı COP29 kimi mötəbər tədbirə ev sahibliyi münasibətilə təbrik edib və ölkəmizə bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi