Modern.az

COP29 xalqların birləşməsi üçün önəmlidir - Ekspert

COP29 xalqların birləşməsi üçün önəmlidir - Ekspert

COP29

9 İyun 2024, 16:16

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi əhəmiyyətlidir. Bu, ölkənin qlobal miqyasda ekoloji problemlərin həllinə sadiqliyini vurğulayır. Qarşıdan gələn konfrans xalqların birləşməsi və iqlim dəyişikliyinə qarşı qətiyyətli addımlar atması üçün mühüm məqam olacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Mərkəzi Asiya, davamlı inkişaf üzrə beynəlxalq ekspert, iqlim dəyişikliyi fəalı, Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçisi və direktoru Qayser Nəvab bildirib.

 

O qeyd edib ki, bu sessiya çox mühim hadisələrlə yadda qalacaq:

 

“Eyni zamanda torpaqların bərpasının, səhralaşmanın dayandırılmasının və quraqlığa davamlılığın yaradılmasının vacibliyi ümid edirik ki, bu sessiyada vurğulanacaq. Bu məsələlərin iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və resurs qıtlığı ilə dərin qarşılıqlı əlaqəsi qeyd edilməlidir. Bu çağırışlar effektiv liderlərdən xalqları bir araya gətirməyi, əməkdaşlığa kömək etməyi və vahid diplomatik cavab tələb edir. Bu məqamda Azərbaycanın rolunu yüksək qiymətləndirmək lazımdır. Azərbaycan planetin və onun insanlarının çiçəkləndiyi möhkəm gələcəyə nail olmaq məqsədi ilə birgə səylər və güclü diplomatik əlaqələr vasitəsilə ətraf mühitin qorunmasına dair kollektiv öhdəliyi bir daha təsdiqləyir.

 

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji davamlılığa sarsılmaz sadiqliyi, regional və beynəlxalq diplomatiyadakı liderliyi yüksək qiymətləndirilməlidir. Azərbaycanın torpaqların bərpası və ətraf mühitin mühafizəsi sahəsində mühüm nailiyyətləri, eyni zamanda Qoşulmama Hərəkatına uğurlu sədrlik onun uğurlu siyasəti ilə bağlıdır. Bununla Azərbaycanı beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nümunəsi kimi görmək olar”.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti