Modern.az

"COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcək"

COP29

19 İyun 2024, 14:22

COP29 komandası ümid edir ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcək.

 

Modern.az xəbər verir ki, bu sözləri COP29 Təşkilat Komitəsi Katibliyinin rəhbəri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Həbib Mikayıllı iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda panel müzakirələri zamanı deyib.

 

O qeyd edib ki, COP29-un əsas mövzusu maliyyə məsələləridir. “Maliyyələşdirmə olmadan iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil. Bu altı ay ərzində bizim COP29 komandamız müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr apararaq onların fikirlərini dinləmək, prioritetlərini, mövqelərini anlamaq üçün dünyanın müxtəlif yerlərinə səfərlər edib və bu səfərlər çox uğurlu olub”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!