Modern.az

İtaliya COP29-da çox yüksək səviyyədə iştirak edəcək

İtaliya COP29-da çox yüksək səviyyədə iştirak edəcək

COP29

19 İyun 2024, 15:10

İtaliya COP29-da əsas qəhrəmanlardan biri kimi iştirak edəcək. Azərbaycan hökumətini belə böyük və əhəmiyyətli tədbiri təşkil etməyi öz üzərinə götürdüyü üçün təbrik edirəm.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko deyib.

 

Səfir bildirib ki, İtaliya çox yüksək səviyyəli heyətlə bu tədbirdə iştirak edəcək. O deyib ki, COP29-un gündəliyində iqlim dəyişiklikləri və davamlılıq kimi çox mühüm məsələlər var.

 

Luka Di Canfrançesko, eyni zamanda, qeyd edib ki, keçən illə müqayisədə İtaliyadan Azərbaycana qida və içki sahəsində idxalın 10 faizdən çox artdığı müşahidə olunur.

 

İtaliya mətbəxinin Avropanın incisi olduğun söyləyən səfir deyib: “Hazırda İtaliya mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olması üçün namizədliyi irəli sürülüb. Bugünkü tədbirin əsas məqsədi İtaliya mətbəxinin, xüsusilə içki və qida məhsullarının Azərbaycanda daha yaxşı tanıdılması, eyni zamanda, İtaliya operatorları ilə Azərbaycanın yerli idxalçı müəssisələri arasındakı əlaqələrin daha da yaxşılaşdırılmasıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var