Modern.az

“Yaşıl dünya naminə həmrəylik ili” müsabiqəsi ilə bağlı maarifləndirici sessiya

“Yaşıl dünya naminə həmrəylik ili” müsabiqəsi ilə bağlı maarifləndirici sessiya

COP29

20 İyun 2024, 15:21

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Şurası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təşkil etdiyi araşdırma müsabiqəsinə hazırlıq çərçivəsində planlaşdırılan maarifləndirici sessiya keçiriləcək.

 

Modern.az xəbər verir ki, maarifləndirici sessiyada sahəvi mentor və mütəxəssislər tərəfindən Azərbaycan nəqliyyat sektorunda ESG prinsipləri, Azərbaycan dəmir yollarının inkişaf trendləri, COP29 öncəsi dayanıqlı inkişaf modelini seçən ölkəmizdə iqlim təşəbbüsləri və digər mövzular ətrafında təlim təşkil olunacaq.

 

Sessiyanın keçirilməsində məqsəd KİV nümayəndələrinin sözügedən mövzular üzrə bilik və bacarıqlarının artırılması, məzmunca daha keyfiyyətli materialların hazırlanmasına dəstək göstərməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandan Ermənistana çagırış-Bakıya gəlin!