Modern.az

"COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var"

COP29

28 İyun 2024, 18:49

COP29-un hazırlıq prosesinə Britaniyada böyük maraq var.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

 

London İqlim Həftəsi çərçivəsində COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova müxtəlif tədbirlərdə iştirak edib, müxtəlif ikitərəfli görüşlər keçirilib.

 

“COP29-un hazırlıq prosesinə Britaniyada kifayət qədər böyük maraq var. Bizim COP29-a hazırlığımız, prioritetlərimiz ilə bağlı çoxsaylı suallar oldu. Yüksək rəsmilərin iştirak etdikləri bu tədbirlərdə COP29-da hansı istiqamətləri rəhbər tutacağımız, beynəlxalq tərəfdaşlarla necə işləyə biləcəyimiz ilə bağlı ətraflı məlumat verildi”, - deyə baş danışıqçı qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?