Modern.az

COP29 zamanı Bakıda hansı yollar bağlanacaq?

COP29 zamanı Bakıda hansı yollar bağlanacaq?

10 İyul 2024, 15:54

Məlum olduğu kimi noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29 tədbiri keçirləcək.
Noyabrın 11-dən 22-dək davam edəcək beynəlxalq konfransa hazırlıq işləri gedir. COP29 təşkilat komitəsi bu tədbir üçün təxminən 40.000 nəfər qonaq gözləyir.

Milli Məclisin buraxılması barədə prezidentə müraciətində də belə bir hissə var:

“COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır”.

Bəs konfrans müddətində hansı yollar bağlanacaq? Ümumiyyətlə istifadəsi dayandırılacaq yollar olacaqmı?

Modern.az məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Tural Orucov sualımızı belə cavablandırıb.

“11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransında hansı yollarda məhdudiyyətlərin tətbiq olunacağı və ümumiyyətlə hansı yolların istifadəyə dayandırılacağı haqda hər hansı məlumat yoxdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır