Modern.az

COP29 zamanı bu qurumların əməkdaşları evdən işləyəcək - SİYAHI

COP29 zamanı bu qurumların əməkdaşları evdən işləyəcək - SİYAHI

COP29

5 Avqust 2024, 17:35

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib.

 

Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyətini, iştirakçıların sayını və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb:

 

- dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla);

 

- Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi;

 

- dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi.

 

Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

 

1369217

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri