Modern.az

Nazir səfirlə COP29-dan danışdı

Nazir səfirlə COP29-dan danışdı

9 Avqust 2024, 16:19

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Avstraliya İttifaqının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteyc ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri