Modern.az

COP29 zamanı Azərbaycan bütün dünyaya atəşkəs çağırış EDƏCƏK

COP29 zamanı Azərbaycan bütün dünyaya atəşkəs çağırış EDƏCƏK

21 Avqust 2024, 14:26

COP29-da iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərilib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.

 

O bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib. “Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub”, - Elnur Soltanov vurğulayıb.

 

"COP29 vaxtı gün ərzində təxminən 40 min qonağı qəbul etmək üçün infrastrukturumuz var", - baş icraçı direktor deyib.

 

Elnur Soltanov COP29-da ümumilikdə 80 minə yaxın qonaq qəbul edəcəklərini, müxtəlif günlərdə Azərbaycana müxtəlif sayda qonaqların gəlib-gedəcəyini qeyd edib.

 

O vurğulayıb ki, Azərbaycan bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək:

 

"COP29 Azərbaycanın indiyə kimi ev sahibliyi etdiyi digər bütün tədbirlərlə müqayisə edilməyəcək tədbir olacaq. İqlim müzakirələrinə liderlik edəcəyik. Azərbaycanın qonaqpərvərliyini ortaya qoyacağıq. COP-un uğursuz olma ehtimalı yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri